Bakının Xətai rayonu, "Həzi Aslanov" metro stansiyasının yaxınlığında motosikletçi qadını vurub. Bu haqda bu gün, 30 aprel tarixində Report məlumat verib.
66 yaşlı İradə Əhmədova yolu keçərkən onu motosiklet vurub. Qadın motosikleti idarə edən 25 yaşlı Elmin Rəhimovla birgə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Daha bir oxşar hadisə "Həzi Aslanov" stansiyasının yaxınlığında 29 aprel tarixində baş verib. Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb. "Wolt" şirkətinə məxsus motosiklet yolu keçən qızı vurub.