Bakıda gecə saatlarında baş vermiş yol qəzasında piyada ağır xəsarətlər alıb. Bu haqda APA 21 dekabr tarixində xəbər verib.
Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yolu keçən 58 yaşlı Emin Mirzəyevi minik avtmobili vurub. Qəza nəticəsində hər iki ayaq sümüyü sınan yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.