Bakıda qəzaya düşmüş şəxs yerindəcə keçinib. Hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Bu haqda AZƏRTAC 14 oktyabr tarixində xəbər verib.
Biləcəri qəsəbəsində B.Mürsəlova məxsus “Opel” markalı avtomobil C.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobil tərəfindən vurulub.
Nəticədə C.Məmmədovun sərnişini Qurban İsmayılov hadisə yerində ölüb, sürücünün özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.