Paytaxtın Nəsimi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsində sərnişin xəsarət alıb. Bu haqda bu gün, gecə saat 03:00 radələrində APA məlumat verib.
“Toyota” markalı avtomobili idarə edən Murad Ağayev ara məsafəsi saxlamadığına görə, “Hyundai” markalı maşına çırpılıb. “Toyota”da olan sərnişin yaralanıb.
Hadisəni Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.