Qadın Bakıda bank kartı oğurlayıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə "Metropark" ticarət mərkəzindəki bərbərxanaların birində baş verib. Belə ki, obyektə daxil olan xanım guya telefonla danışdığını göstərərək, fikir yayındırıb və rəfdə olan bank kartını oğurlayıb. Daha sonra o, hesabdan 328 AZN çəkib.
Faktla bağlı araşdırmaya başlanılıb.