Paytaxtda sakini hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, qadının fotolarını sosial şəbəkələrdə yaymaqla hədələyərək ondan 1000 manat tələb ediblər.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.