Xəzər rayonunda dəzgah qadının iki barmağını qopardı. Bu haqda 26 noyabr tarixində Oxu.az xəbər verib.
Albalılıq massivində yerləşən “İqlim” şirkətində işləyən 60 yaşlı Elmira Ağayevanın əli iş zamanı dəzgahın arasında qalıb. Nəticədə 2 barmağı qopub. Yaralı xəstəxanaya yerləşdirilib və Ağayevanın iki barmağı amputasiya olunub.
Faktla bağlı araşdırma davam edir.