Bakıda dodağına və alnına dolğu vuran qadın prokurorluğa şikayət edib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
39 yaşlı paytaxt sakini V.A. 19 fevral tarixində Nərimanov rayonu, Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurdurub. Ancaq bir müddət sonra üzündə problemlərin yarandığını görüb. Həmin şəxs kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib.
Məsələ Polis İdarəsinə yönləndirilib və araşdırmalar davam edir.