Bakının Səbail rayonunda qadının üzərindən 23.500 ABŞ dolları olan pulqabısı talanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə iyunun 19-da Ö.F.Nemanzadə küçəsində baş verib. Bakı şəhər sakini olan qadının içərisində 80 manat, 23.500 ABŞ dolları və sənəd olan pulqabısı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Xəyyam Məmmədov saxlanılıb. Araşdırma davam edir.