Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 5 dekabr tarixində məlumat verir.
Polisə daxil olan məlumata görə, G.Hüseynovanın bank hesabından 236 manat oğurlanıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini S.Seyidzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.