Bakıda qadının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verib.
Avqustun 7-də Bakı şəhər sakini olan qadının bank kartından hesabındakı 2000 manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən paytaxt sakini Ə.Şərifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.