Bakıda qadın şantaj olunub. Bu haqda bu gün, 22 fevral tarixində Avtosfer məlumat verib.
Hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayon sakini Z.S. polisə ərizə ilə müraciət edib. O, Nərminə və Vilayət adlı şəxslərin onu rüsvay edəcəyi ilə hədələyib külli miqdarda pulunu aldıqlarını bildirib.
Zərərçəkən məbləği onlara ödəmə terminalı vasitəsilə köçürdüyünü qeyd edib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanılıb.