Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qadın həyat yoldaşını baltalayıb. Bu haqda bu gün, 23 yanvar tarixində Baku.ws məlumat verib.
28 yaşlı yerli sakin Lalə İmaşova yaşadığı evdə əri, 36 yaşlı Ceyhunun başına balta ilə xəsarət yetirib. O, şübhəli şəxs qismində saxlanılıb.
Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.