Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qadına qarşı əxlaqsızlıq edilib. Bu haqda bu gün, 20 aprel tarixində Lent.az məlumat verib.
Polisə daxil olan məlumata əsasən, taksi sürücüsü onun avtomobilinə minmiş qadına qarşı seksual xarakterli hərəkət edib. Sürücü ilə dalaşan qadın avtomobildən qaçaraq polisə müraciət edib.
Qadının şikayəti əsasında Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırmalara başlanılıb. Taksi sürücüsü axtarılır.