Bakının Nizami rayonunda azyaşlını bıçaqla hədələyərək mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 7 noyabr tarixində APA məlumat verib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-si əməli törətməkdə şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.