Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Oxu.az məlumat verib.
Qeyd olunur ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb. 41 yaşlı İlhamə Əhmədova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Onun əməlinin səbəbləri hazırda məlum deyil.
Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.