Paytaxt sakinində qanunsuz silah aşkarlanıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində keçirdikləri tədbir nəticəsində E.Qocayev saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.