Bakının Suraxanı rayonu ərazisində qanunsuz silah-sursat ələ keçirilib. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 6 dekabr tarixində məlumat verir.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan tədbirlər nəticəsində Ağcabədi rayon sakini Davud İsmayılov saxlanılıb. Onun idarə etdiyi “Shacman” markalı avtomobilə baxış zamanı oradan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.