Paytaxtda ölkəyə qanunsuz keçən əcnəbilər tutulublar. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakıda müxtəlif ünvanlarda yaşayan və Azərbaycanda yaşama hüququ olmayan 11 nəfər saxlanılıb. Onların ayrı-ayrı Asiya ölkələrindən gəldikləri məlum olub.
Saxlanılan şəxslər Azərbaycandan tranzit kimi istifadə etməklə qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istəyiblər. Ancaq miqrantlar onlara bu vədi verən həmvətənləri tərəfindən aldadıldıqlarını iddia edirlər.
Araşdırma davam edir.