Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“QAZ” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.