Sosial şəbəkələrdə Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülən yayılıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
DİN-dən verilən məlumat görə, həmin şəxsin 58 yaşlı İlham Qafarov olduğu məlum olub. O, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində heroin aşkar olunub.
Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.
[video width="202" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/10/video_2023-10-16_12-06-09.mp4"][/video]