Paytaxtın Sabunçu rayonunda yerləşən quşçuluq evində yanvarın 9-da yanğın baş verib. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sexin içərisində olan səpələnmiş taxta yonqarları yanıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yanğını söndürüblər.
Verilən məlumata görə, sex fəaliyyət göstərməyib. Hadisə zamanı xəsarət alan olmayıb.