Bakının Səbail rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 11 oktyabr tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən Bakuplus.az məlumat verib.
Verilən məlumata görə, Sabirabad rayon sakini S.Məmmədovun çantasından pul, mobil telefon, sənəd və bank kartı oğurlanıb. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini Ə.Məmmədli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.