Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
39 yaşlı Samir Kərimov və 44 yaşlı Sevda Kərimova adıçəkilən qəsəbədə yerləşən mənzillərin birində 53 yaşlı Müşfiq Rəcəbovu küt alətlə vuraraq qəsdən öldürməkdə şübhəli bilinirlər.
Onlar saxlanılıblar. Hazırda barələrində araşdırmaya başlanılıb.