Bakının Səbail rayonu, Rafiq İskəndərov küçəsində yerləşən “Pokrovka” restoranının həyətində ağac qanunsuz kəsilib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, ağac restoran tərəfindən kəsilib.
“Faktla bağlı akt tərtib edilib. Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, – deyə Ağayev əlavə edib.