Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində ərini öldürən qadına hökm oxunub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
31 yaşlı Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, həyat yoldaşı, 32 yaşlı Elşən Əlizadəni bıçaqlayaraq öldürmüşdür.