Bakının Xətai rayonu, Günəşli qəsəbəsində avtomobildən qeyri-adi oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Naməlum şəxs “VAZ-21014” markalı avtomobildən səsgücləndiriciləri oğurlayıb. Bunun üçün oğru avtomobilin arxa şüşəsini ehtiyatla çıxararaq yerə qoyub və öz əməlinə davam edib.
Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, nəqliyyat vasitəsinin sahibi şüşəni sındırmadığı üçün oğruya təşəkkür edib.