Bakının Xətai rayonu, 8 Noyabr prospektində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda 8 iyun axşam saatlarında APA məlumat verib.
"Daewoo Damas" markalı avtomobilin sürücüsü idarəetməni itirərək “KİA” markalı avtomobilə, daha sonra isə yol kənarında quraşdırılan işıqfora çırpılıb.
Hadisə nəticəsində "Daewoo Damas"-ın sürücüsü xəsarət alıb.
[caption id="attachment_47845" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]