Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində “Mercedes” markalı avtomobilin sürücüsü əks-istiqamətdə hərəkət edib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisəni əks etdirən kadrlarda digər hərəkət iştirakçıları qəzadan yayınmaq üçün qaydaları pozan sürücüyə yol vermək məcburiyyətində qalıblar.