Bakıda sərnişinlə avtobus sürücüsü arasında dava düşüb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 18 iyul tarixində xəbər verir.
Ötən axşam saat 23:00-da Sabunçu rayonu, Zabrat qəsəbəsində 118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 45 yaşlı Əziz Qorçiyev avtobusda olan sərnişinlə mübahisə edib.
Mübahisə zamanı döyülərək ağır bədən xəsarətləri alan sürücü 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mübahisənin səbəbi hələlik məlum deyil.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.