Paytaxtın Səbail rayonunda avtobusun altında meyit tapılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Belə ki, bu gün səhər saatlarında “İveco” markalı sərnişin avtobusunun altında insan cəsədi aşkar edilib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq meyit avtobusun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam edir.