Paytaxtın Nərimanov rayonunda taksi sürücüsünə silahlı hücum olub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Cavid Bağırzadə “Toyota” markalı avtomobilə sərnişin kimi oturduqdan sonra sürücünü bıçaqla hədələyərək onun 450 AZN pulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.