Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən şəxsin qohumları ilə polis əməkdaşları arasında mübahisə yaranıb. Bu haqda bu gün, 28 yanvar tarixində Qafqazinfo məlumat verib.
Hadisə ötən gün saat 23:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında baş verib.
Yol polisi əməkdaşları spirtli içki qəbul etməkdə şübhə doğuran “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Kosayevi saxlayıblar. Yoxlama zamanı sürücünün sərxoş olduğu barədə şübhələr öz təsdiqini tapıb.
Sənədləşmə zamanı restoranı tərk edən sürücünün bir neçə yaxını polisin qarşısını alıb. Daha sonra polis əməkdaşları qanuni əmrə tabe olmadıqları üçün onları polis bölməsinə aparıblar.
Saxlanılanlar arasında bir neçə qadın da var idi. Qadınlar polis bölməsində sürücünün yaxınlarının ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.