Binəqədi rayonunda yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
Bakı Beynəlxalq Avtovağzalının arxa yolunda “Jeep” markalı avtomobilin sürücüsü “KamAZ” markalı yük maşınını sağdan ötmək istəyərkən qəza törədib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Minik avtomobilinə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
[caption id="attachment_80568" align="alignnone" width="640"]
Foto apa.az saytı[/caption]