Paytaxtın Nizami rayonunda sabiq prokuroru avtomobil vurub. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
61 yaşlı Rövşən Ağayev Qara Qarayev prospektində yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman onu avtomobil vurub. Sürücü daha sonra piyadanı Kliniki Tibbi Mərkəzə çatdırıb. Onun vəziyyəti kafi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
R.Ağayev 2020-ci ilə qədər Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb.