Paytaxtın Nərimanov rayonunda saxta spirtli içkilər istehsal edən şəxs tutulub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon sakini Samir Qurbanovun evini sexə çevirərək araq və tekila kimi spirtli içkiləri kustar yolla hazırladığı və paytaxt ərazisində satdığı məlum olub. Onun evində xüsusi qapaqlar, texniki spirt və digər ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.
[caption id="attachment_79586" align="alignnone" width="640"]
Foto DİN[/caption]