Bakıda saxta əsginaslar peyda olub. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu rayonunun Savalan yaşayış sahəsində ötən gün, 19 dekabr tarixində yerləşən marketlərin birinə gələn şəxs satıcıya 2 ədəd 200 manatlıq saxta əsginas verib. Araşdırma zamanı onun Bakı şəhər sakini Tural Becanov olduğu müəyyən edilib. O, polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.