Bakının Xəzər rayonunda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyaları oğurlanıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb. Fakt araşdırılır.