Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Bu barədə BakuPlus.az DİN-ə istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərinin birində Bakı şəhər sakini olan bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Emil Süleymanov müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.