Paytaxtda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 23-də Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş Y.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.