Paytaxtın iki rayonunda soyğunçuluq edən şəxslər tutulub. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xəzər rayonu, Buzovna qəsəbəsində Ə.Qurbanov taksi kimi fəaliyyət göstərən Z.Həsənovun avtomobilindən 150 manat pul götürüb.
Yasamal rayonunda isə Bakı sakini V.Bağırov zor tətbiq edərək C.Abdullayevanın, içərisində bank kartları olan çantasını oğurlayıb.
Hər iki faktla bağlı araşdırmalar davam edir.