Bakının Yasamal rayonu ərazisində vətəndaşlardan soyğunçuluq yolu ilə telefonlarını talayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən bu gün, 1 dekabr tarixində məlumat verir.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Ümid İbayev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, noyabrın 26-da Bakı şəhər sakini N.Hüseynovun, noyabrın 29-da isə Bakı şəhər sakini M.Əliyevin mobil telefonlarını soyğunçuluq yolu ilə talayıb. Faktla bağlı araşdırma davam etdirilir.