Bakının Xətai rayonu ərazisində Saatlı rayon sakini olan bir nəfərin mobil telefonu soyğunçuluq yolu ilə talanıb. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.