Bakının Yasamal rayonunda təcili yardım sürücüləri arasında kütləvi dava olub. Bu haqda bu gün, 2 iyun tarixində Lent.az məlumat verib.
Yeni Yasamalda yerləşən təcili tibbi yardım stansiyasında olan sürücülər arasında dava düşən zaman bir neçə nəfər yaralanıb.
Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.