17:45 - Yenilənib
Yanğın söndürülüb. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Xəsarət alan olmayıb. Yanğın zamanı tələbələr təxliyə ediliblər. Tədris mərkəzində yanğınsöndürmə balonunun olmadığı bildirilib.
17:40 - Statistikada yanğın
Bakının Yasamal rayonu, Məhəmməd Naxçıvani, 1 ünvanında “Star Colleges” tədris mərkəzində yanğın başlayıb. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata görə, binanın bir neçə otağında yanğın müşahidə olunur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və polis əməkdaşları cəlb ediliblər.
[URIS id=86788]