Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində tüfənglə adam döyülüb. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Tahir Hüseynov qəsəbə ərazisindəki evə daxil olaraq tüfəngin qundağı ilə ev sahibi V.Vahidovun başından vuraraq ona xəsarət yetirib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, tüfəng götürülüb. Onun barəsində cinayət işinə başlanılıb.