Bakıda təmizlik işçisini avtomobil vurub. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Aeroport şosesində baş verib. Yoldakı körpülərdən birinin üstündə təqribən 55 yaşında qadın təmizlik işçisini maşın vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.