Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı istintaq təcridxanasına psixotrop maddənin keçirilməsinin qarşısı alınıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Penitensiar xidmətinə istinadən məlumat verir.
Xızı rayon sakini Orxan Quliyevin təcridxanada dustaq olan qardaşı Seymur Quliyevə gətirdiyi sovqata baxış keçirildiyi zaman içərisində olan düyüdə xüsusi üsulla gizlədilmiş 1 qramdan artıq metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.