Binəqədidə taksi sürücülərindən mobil telefonlarını oğurlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az DİN-ə istinadən xəbər verir.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə taksiyə minən sərnişinin sürücülərdən mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirmə faktı haqda məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axatarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
"Tural Binyətovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
[caption id="attachment_81041" align="alignnone" width="640"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]