Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb. Bu haqda Report xəbər verib.
2 fevral tarixində Xətai prospektində “Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ümid Həsənov narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün Nəsimi polisi tərəfindən saxlanılıb.
Ü.Həsənov barəsində protokol tərtib olunub və o, bir illik sürücülük hüququndan məhrum edilib.